Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin yaxın illərdə 100 ədəd Rafale qırıcısı alması barədə razılığa gəliblər.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Makron və Zelenski aviabazada Ukraynaya qarşıdakı illərdə Fransadan müdafiə avadanlığı almağa icazə verən niyyət məktubu imzalayıblar.
Məlumata görə, niyyət məktubunda Kiyevin növbəti on il ərzində təxminən 100 Fransız Rafale döyüş təyyarəsi, eləcə də yeni nəsil SAMP-T hava hücumundan müdafiə sistemləri, radar sistemləri və hazırda işlənmə mərhələsində olan pilotsuz uçuş aparatları alması daxildir.
Elmin Alışov