Rusiya lideri Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Çinə qarşı birləşməkdən imtina edib. O, bunu Soçidə keçirilən Valday klubunun 21-ci illik toplantısında deyib.
Siyasətçi Trampın Çinə qarşı qüvvələri birləşdirmək barədə hipotetik tələbi ilə bağlı sualı belə cavablandırıb. Onun sözlərinə görə, Moskva və Pekin əməkdaşlıq edir və heç kimə qarşı dost deyillər. Siyasətçi vurğulayıb ki, tərəflər arasında münasibətlər üçüncü ölkələrə, o cümlədən ABŞ-a qarşı yönəlməyib. “Onlar dövlətlərin inkişafı və xalqlarımızın təhlükəsizliyi üçün şərait yaratmağa yönəlib”, - deyə o bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, Trampdan belə bir sualı çətin ki, təsəvvür edə bilsin