Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyada reklam agentliklərinin 97% -i süni intellektdən istifadə edir
dünya

Rusiyada reklam agentliklərinin 97% -i süni intellektdən istifadə edir

29-10-2025 22:00 26 Baxış
IMG

Rusiyada reklam agentliklərinin 97% -i işlərində süni intellektdən istifadə edir.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Rabitə Agentlikləri Assosiasiyasının vitse-prezidenti Aleksey Parfun danışıb.

O, süni intellekt bazarının bu gün olduqca ciddi bir transformasiyaya uğradığını bildirib.

“Yəni bu, məzmun istehsalını, media planlaşdırmasını və ümumilikdə hər şeyi dəyişmiş belə bir keçid  texnologiyadır. Nəticə etibarilə, indi bazara ciddi təsir göstərir: haradasa işçi ixtisarları baş verir, haradasa isə əksinə, yeni imkanlar, yeni peşələr yaranır. Bazar­dakı bütün agentliklərin 97%-i – süni intellektdən istifadə edir, lakin istifadənin dərinliyi çox fərqlidir”, – Aleksey Parfun deyib.

Aysel Şirinova