Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Daha bir ölkədə zəlzələ olub
dünya

Daha bir ölkədə zəlzələ olub

28-10-2025 13:00 15 Baxış
IMG

Bu gün səhər saatlarında İsfahan əyalətinin şərqindəki Fərxi şəhərində Rixter cədvəli üzrə 3,4 bal gücündə zəlzələ baş verib. 


Tvit.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi məlumat yayıb.


Məlumata görə, təbiət hadisəsi saat 01:09-da 14 kilometr dərinlikdə qeydə alınıb.


Hələlik yeraltı təkanlar nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.


Elmin Alışov