Sky News: Makron ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını dönüş nöqtəsi adlandırdı
24-10-2025 23:00 28 Baxış
Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını dönüş nöqtəsi adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məluma yayıb.
"ABŞ-ın sanksiyaları, şübhəsiz ki, dönüş nöqtəsidir. Onların effektivliyi, şübhəsiz ki, müharibənin Rusiya üçün maliyyələşdirilməsinə təsir etməlidir," - o, vurğulayıb.
Bundan başqa, Makron Rusiyaya təzyiqin artırılmasının vacibliyini açıqlayıb.