Güclü Benjamin qasırğası Fransaya yaxınlaşır.
Tvit.az xəbər verir ki, bu barədə Météo-France milli meteorologiya xidməti məlumat yayıb.
Məlumata əsasən, Atlantik okeanında və Manş dənizində güclü dalğalar gözlənilir.
Korsikada küləyin sürəti 41 m / s-dən keçəcək. Fransanın 18 departamenti daşqın, şiddətli yağışlar və kəskin soyuq təhlükələri barədə xəbərdarlıq edilib.
Aysel Şirinova