Biləsuvar rayonunun beş kəndində elektrik xəttləri yenilənir.
Report-un məlumatına görə, Muğan, Yuxarı Ağalı, Ağayrı, Günəşli və İsmətli kəndlərində SİP kabelləşmə işləri başa çatmaq üzrədir.
Həmçinin rayonun Ağalıkənd, Yuxarı Cürəli, Əsgərabad və Aşağı Cürəli kəndlərində sözügedən işlər yekunlaşıb. Bu kəndlərdə, həmçinin yeni transformatorlar quraşdırılıb.
Qeyd edək ki, işlər yekunlaşdıqdan sözügedən ərazilər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.