Apple-ın səhmləri iPhone 17 satışlarına olan güclü tələbin təsiri ilə 263 dollara yüksələrək şirkətin bazar dəyərini 4 trilyon dollara yaxınlaşdırıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə Çində təqdim edilən yüngül “iPhone Air” modeli böyük maraq doğurub. İstifadəçilərin performans və dizayndan razı qalması satışların artımına birbaşa təsir edib.
Bu nailiyyət fonunda “Loop Capital” analitik şirkəti Apple səhmlərinin reytinqini “Hold”dan “Al” səviyyəsinə qaldırıb və Çin bazarında tələbin davam etdiyini vurğulayıb.
Mütəxəssislər bildirirlər ki, iPhone 17-nin uğuru Apple-ın son illərdə yaşadığı durğunluğu aradan qaldıraraq, şirkətin məhsul strategiyasının yenidən gücləndiyini göstərir. İlin sonuna qədər səhmlərin daha da bahalaşacağı gözlənilir.