Kolumbiya ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri, eləcə də bütün ödənişləri və subsidiyaları dayandırması səbəbindən ABŞ-dakı səfirini geri çağırıb.
Tvit.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kolumbiya xarici işlər nazirliyi məlumat yayıb.
"Kolumbiyanın ABŞ-dakı səfiri Daniel Qarsia-Penya prezident Qustavo Petro tərəfindən məsləhətləşmələr üçün geri çağırılıb və hazırda Boqotadadır", - məlumatda qeyd olunub.
Elmin Alışov