Amerika lideri Donald Tramp Rusiya ilə Alyaska arasında tunel tikintisi ideyasını maraqlı adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Mən bu barədə eşitmişəm, bu, maraqlıdır,” – Tramp Ağ Evdə deyib.
Bundan əvvəl Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev Rusiya ilə Alyaskanı birləşdirən Berinq boğazı üzərindən tunel tikintisinin perspektivləri barədə məlumat vermişdi. Onun sözlərinə görə, layihənin dəyəri 8 milyard dollardan az ola bilər.