Yeni Zelandiya İranın uranın zənginləşdirilməsi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün bu ölkəyə qarşı sanksiyaları yenidən qüvvəyə mindirdiyini açıqlayıb.
Tvit.az xəbər verir ki, bunu Yeni Zelandiya xarici işlər naziri Vinston Peters bildirib.
Sanksiyalar oktyabrın 18-dən tətbiq olunacaq və maliyyə məhdudiyyətləri, aktivlərin dondurulması, səyahət qadağaları, həmçinin bəzi nüvə və hərbi malların idxal-ixracına qadağaları əhatə edir.
Elmin Alışov