Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya 82 yaşlı qadın qocalar evində ərini güllələdi
dünya

82 yaşlı qadın qocalar evində ərini güllələdi

16-10-2025 20:00 67 Baxış
IMG

ABŞ -də 82 yaşlı qadın ərini qocalar evinə gətirdikdən sonra tapança ilə güllələyib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilib ki, o, 81 yaşlı ərinin qətliamını əvvəlcədən planlaşdırıb. Şübhəlinin çantasına baxış zamanı onun səhhətindəki problemlərdən və xəstə ərinə qayğı göstərməyin hədsiz yükündən şikayət etdiyi qeyd aşkarlanıb. Oxşar qeydlər onun evində də tapılıb.

Qeyd edək ki, qətlə yetirilən Dennis Reker, daimi qayğıya ehtiyacı olan sağlamlıq problemləri səbəbindən hadisədən bir gün əvvəl qocalar evinə yerləşdirilib.

Aysel Şirinova