Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp ilə Si Tszinpinin görüş tarixi müəyyənləşib
dünya

Tramp ilə Si Tszinpinin görüş tarixi müəyyənləşib

14-10-2025 20:00 23 Baxış
IMG

Prezident Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Tszinpin arasında mümkün görüş üçün artıq vaxt təyin edilib, baxmayaraq ki, əvvəlcə Tramp bu görüşün baş tutmasına şübhə ilə yanaşıb.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir "CNBC" telekanalına müsahibəsində deyib.

ABŞ ticarət nümayəndəsi vəziyyətin həlli ilə bağlı nikbinliyini ifadə edib: “Keçmişdə biz onlarla irəliləmək üçün uğurlu yollar tapmışıq, ona görə də düşünürük ki, bu məsələnin də öhdəsindən gələ bilərik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp əvvəllər Çinin tətbiq etdiyi yeni ixrac nəzarətinə görə görüşün baş tutacağını şübhə altına alıb.

Aysel Şirinova