İranın Borucerd şəhərində məcburi hicab qaydalarının pozulması və qadınlarla kişilərin birgə şənlik mərasimi keçirməsi səbəbindən 11 iş yerinin fəaliyyəti dayandırılıb.
Tvit.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Borucerd şəhər Polis İdarəsinin rəisi Mehdi Məhdəvi məlumat verib.
Onun sözlərinə görə, bağlanan kafe və restoranlarda “İslam qaydalarına zidd hərəkətlər” qeydə alınıb.
Məhdəvi bildirib ki, həmin iş yerlərinin bağlanması “ictimai nizam-intizamın yüksəldilməsi” layihəsi çərçivəsində həyata keçirilib.
Elmin Alışov