Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna müharibəsində yeni dalğa: İran dronları və Rusiya raketləri dağıntılar törətdi
dünya

Ukrayna müharibəsində yeni dalğa: İran dronları və Rusiya raketləri dağıntılar törətdi

03-10-2025 19:00 163 Baxış
IMG

Bu gün Rusiya ordusu 416 raket və İran istehsalı “Shahed” pilotsuz uçuş aparatları ilə Ukraynanın müxtəlif bölgələrinə hava zərbələri endirib.


Tvit.az xəbər verir ki, vu barədə Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin rəsmi “Telegram” kanalı məlumat yayıb.


Məlumata görə, Ukrayna müdafiə qüvvələri hücum zamanı 303 ədəd “Shahed” dronunu məhv edə bilib.


Eyni zamanda, 12 ədəd “İsgəndər-K” və 5 ədəd “X-59/69” raketi də vurulub. Hücumlar nəticəsində bölgədə ciddi dağıntılar baş verib. 


Elmin Alışov