Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İrandan idxal olunan sarıkök məhv edildi
sosial

İrandan idxal olunan sarıkök məhv edildi

03-10-2025 15:00 161 Baxış
IMG

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb.

Qurumdan "Tvit.az"a verilən məlumata görə, müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.