Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanlı deputat Türkiyəyə səfər edəcək
sosial

Azərbaycanlı deputat Türkiyəyə səfər edəcək

26-09-2025 18:00 46 Baxış
IMG

Milli Məclisin deputatı Vasif Qafarov sentyabrın 29-da Türkiyənin Kahramanmaraş şəhərinə səfər edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

 

Qeyd olunub ki, deputat Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə sentyabrın 30-da Sütçü İmam Universitetində keçiriləcək 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

 

Səfər oktyabrın 1-də başa çatacaq.