Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.
Tvit.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” hesabında paylaşım edib.
“Rusiya tərəfi ilə liderlər səviyyəsində görüş keçirməyə hazıram. Biz İsveçrənin belə bir görüşə ev sahibliyi etmək istəyini yüksək qiymətləndiririk. Bununla belə, Rusiyanın müharibəni bitirmək istədiyini göstərmək üçün indiyədək heç bir addım atılmadığını görürük",- deyə Zelenski bildirib.
Elmin Alışov