Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ağdam şəhərinə ilk köçün vaxtı açıqlandı
sosial

Ağdam şəhərinə ilk köçün vaxtı açıqlandı

23-09-2025 14:00 245 Baxış
IMG

"Bu ilin noyabr ayında Ağdam şəhərinə ilk köç planlaşdırılır".

"Tvit.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub: "Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır".