Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
sosial

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

09-09-2025 19:00 39 Baxış
IMG

Sentyabrın 10-da Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq.

 

Bu barədə Tvit.az-a "Azəriqaz İB" Sumqayıt QİS-dən məlumat verilib.

 

Belə ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 200 abonentin qaz verilişi dayandırılacaq.

 

İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.