ABŞ xüsusi hərbi əməliyyat zonasına gəldiyi iddia edilən Şimali Koreya əsgərləri haqqında məlumatla bağlı Çinlə danışıqlar aparır.
Tvit.az xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.
“Dövlət Departamenti son günlər Çin rəsmiləri ilə birbaşa olaraq qoşunlar məsələsini qaldırıb”, – nəşr bildirib.
Məlumata görə, Amerika rəsmiləri Çin Xalq Respublikası ilə danışıqlar aparır, belə ki, Çin tərəfi öz qiymətləndirməsində Rusiya və KXDR arasında sürətlə möhkəmlənən tərəfdaşlıqdan narahatdır.
Bu baxımdan, Birləşmiş Ştatlar bu danışıqların KXDR qoşunlarının yerləşdirilməsi ilə bağlı Çinin ola biləcəyi şübhələri daha da artıracağını gözləyir.
Aysel