Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Səfikürd kəndinin yaxınlığında qeydə alınıb.
- Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Hamlet Rəhimov və onun anası 1967-ci il təvəllüdlü Məhbubə Rəhimova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.