Avropa Şurası Parlament Assambleyası (AŞPA) Kosovonu Avropa Şurasına üzv olmağa dəvət etməyi tövsiyə edib.
Tvit.az APA-ya istinadən xəbər verir ki bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.
- Bildirilib ki AŞPA-nın yaz sessiyası çərçivəsində keçirilən səsvermə zamanı 29 əleyhinə 131 səs lehinə və 11 bitərəf olmaqla qanunla müəyyən edilmiş rəy qəbul edilib.
Üzvlüklə bağlı yekun qərarı AŞ-nin Nazirlər Şurası verəcək.