Dağıstanda təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində lyukda partlayış baş verib.
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb. Məlumata əsasən hadisə zamanı 2 kommunal işçi ölüb.
Faciəyə səbəb qazın yığıldığı lyukun içərisinə siqaret kötüyünün atılması olub.
Lyukda qazın niyə olması barədə məlumat verilməyib. Məsələ ilə bağlı Dağıstan prokurorluğu araşdırmaya başlayıb.
Aysel Şirinova