Bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən 42 tarix-mədəniyyət abidəsinin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi aparılacaq.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Tvit.az-a verilən məlumata görə, cari il üçün ümumilikdə pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur.