Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda faciəli qəza baş verib.
Tvit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarı keçiddə mikroavtobusa çırpılıb.
Qatarın qarşısında bir müddət sürüklənən mikroavtobusda 6 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.