Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi
turizm

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

21-10-2024 18:00 25 Просмотров
IMG

İsrail polisi və Şin Bet bazar ertəsi yeddi israillini İrana casusluqda şübhəli bilərək həbs edib.

 

Tvit.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

 

Bildirilib ki, şübhəlilər İran üçün 600-ə yaxın missiya yerinə yetirib, o cümlədən həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İran üçün potensial insan hədəflərinin müəyyən edilməsinə dəstək olublar.

 

Onların Ramat David aviabazası, Nevatim aviabazası, Glilot və ötən həftə Hizbullahın pilotsuz uçan aparatının hücumunda dörd əsgərin öldürüldüyü Qolani briqadası haqda məlumatlar topladığı şübhəsi var.

 

Bildirilib ki, yeddi şəxsin hamısı yəhudidir, İsrail vətəndaşıdır, Azərbaycanda doğulublar.