Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home dünya ABŞ İsrailə çağırış etdi
dünya

ABŞ İsrailə çağırış etdi

21-10-2024 22:00 31 Views
IMG

 Vaşinqton İsraili Livanın şiə Hizbullah hərəkatına qarşı əməliyyatlar nəticəsində mülki infrastruktura və mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin direktor müavini Vedant Patel bildirib.

Onun sözlərinə görə, İsrail ordusu mülki infrastrukturu hədəf almamaq və beynəlxalq humanitar hüquqa riayət etmək üçün tədbirlər görməlidir. Patel qeyd edib ki, İsrail dinc əhaliyə və infrastruktura dəyən ziyanı azaltmalıdır.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ İsraili Livanda şiə Hizbullah qruplaşmasına qarşı əməliyyatları daha diqqətli aparmağa çağırıb.

Aysel