Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home şou-biznes Oğlunu təhqir edən "Renka" 700 manat cərimələndi - VİDEO
şou-biznes

Oğlunu təhqir edən "Renka" 700 manat cərimələndi - VİDEO

16-10-2024 17:00 102 Views
IMG

Renka” kimi tanınan tiktoker Rəna Cəfərova cəzalandırılıb.

"Tvit.az" Lent.az-a istinadən xəbər verir ki, R.Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğlu? Mənə oğul lazımdır?” deyə, fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.