Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat BVF: Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq
iqtisadiyyat

BVF: Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi iqtisadiyyat üçün ciddi nəticələrə səbəb olacaq

04-10-2024 11:00 222 Baxış
IMG

Yaxın Şərqdə gərginliyin daha da artması həm regionun özü, həm də ondan kənardakı ölkələr üçün əhəmiyyətli nəticələrə gətirib çıxaracaq.

TVİT.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi nümayəndəsi Culi Kozak deyib.

"Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi ehtimalı riskləri və qeyri-müəyyənliyi artırır, region və onun hüdudlarından kənarda mühüm iqtisadi nəticələrə səbəb ola bilər. Son hadisələrə gəlincə, onların iqtisadi nəticələri barədə danışmaq hələ tezdir, lakin iqtisadiyyat münaqişənin mərkəzindədir”, - o vurğulayıb.

Kozakın sözlərinə görə, İordan çayının qərb sahili, Qəzza zolağı, Livan və İsrail iqtisadi cəhətdən “ciddi təsirlənib”. 

O vurğulayıb ki, Yaxın Şərq münaqişəsinin kəskinləşməsi nəqliyyat və malların qiymətinə təsir edir. “Biz vəziyyəti diqqətlə izləyirik, bu, böyük narahatlıq doğurur, çox yüksək qeyri-müəyyənlik var”, - deyə fondun nümayəndəsi yekunlaşdırıb.