Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kral III Çarlz parlamentdə çıxışı zamanı qəflətən təhqirlərə məruz qalıb
dünya

Kral III Çarlz parlamentdə çıxışı zamanı qəflətən təhqirlərə məruz qalıb

21-10-2024 23:00 27 Baxış
IMG

Avstraliyalı senator Torp qəfildən Britaniya kralı III Çarlzın üstünə qışqırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, Böyük Britaniya kralı III Çarlz Avstraliyaya səfəri zamanı müstəmləkəçilikdə günahlandırılıb.

Britaniya monarxı çıxış edərkən Viktoriyadan olan bir senator etiraza başlayıb və Çarlzı  təhqir edib.

 

O, kral III Çarlzı Avstraliyanın yerli xalqlarına qarşı cinayətlərdə emosional olaraq ittiham etməyə başlayıb.

“Siz xalqımıza qarşı soyqırım törətdiniz. Bizə torpaqlarımızı geri verin! Bizdən oğurladıqlarını bizə qaytar. Sümüklərimiz, kəllələrimiz, uşaqlarımız, insanlarımız. Torpağımızı məhv etdin. Bizə sülh müqaviləsi verin. Müqavilə istəyirik”, deyə Thorpe təhlükəsizlik işçiləri onu qəbul zalından çıxarmazdan əvvəl qışqırıb.

 Aysel