Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avropada Bitcoin yoxsullaşma və cəmiyyətin parçalanmasının səbəbi adlandırıldı
dünya

Avropada Bitcoin yoxsullaşma və cəmiyyətin parçalanmasının səbəbi adlandırıldı

21-10-2024 22:00 35 Baxış
IMG

Aİ Mərkəzi Bankı Bitcoin-i cəmiyyətin yoxsullaşması və parçalanmasının səbəbi adlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Mütəxəssislər Bitcoin-i tezliklə partlayacaq və əhəmiyyətli sosial xərclərə səbəb olan spekulyativ qabarcıq hesab ediblər. Onlar qeyd ediblər ki, məzənnə yüksəldikdə, aktivi sonradan əldə edən və ya ona sahib olmayanlar hesabına yalnız BTC-nin ilk istifadəçiləri faydalanır.

"Mütləq mənada, Bitcoin-i erkən qəbul edənlər öz real sərvətlərini və istehlaklarını Bitcoin-ə sahib olmayan və ya ona yalnız sonrakı mərhələdə investisiya yatıranların sərvəti və istehlakı hesabına artırırlar" , deyə media yazıb.

 

Onlar Bitcoin-ə investisiya qoymayanları bu kriptovalyutaya qarşı çıxış etməyə və onun tamamilə yox olmasına səbəb olacaq qanunların qəbulunu tələb etməyə çağırıblar.

Aysel