22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 14, 2021

Bizə yaz

“Kəlbəcər və Laçın yenidən Azərbaycanın turizm simasına çevriləcək”

“Azərbaycan Ordusunun erməni işğalından döyüşsüz azad etdiyi Kəlbəcər və Laçın rayonları SSRİ dövründə turizm bölgəsi kimi tanınıblar. Düşünürəm ki, onlar yenidən Azərbaycanın turizm simasına çevriləcək”.

Bunu “Report”a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.

“Məsələn, təkcə Kəlbəcərə o vaxtlar müttəfiq respublikalardan ildə 50 min turist gəlirdi. Bu rayonun ərazisi dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə, Tərtər çayının vadisində, Kiçik Qafqaz dağlarında yerləşir, zəngin flora və faunaya, müalicəvi əhəmiyyətli termal sulara (İsti Su), tarixi abidələrə malikdir. Məsələn, xalq arasında “Xotavəng” və yaxud “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Kəlbəcərdə yerləşir. Bu obyekt Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Yəni rayon həm təbii imkanlarına, həm də tarixinə görə daim turistlərin maraq dairəsində olub və bundan sonra yenə də olacaq. Həmçinin Laçın rayonunun da turizm potensialı böyükdür. Bura qədim tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedicidir”, – deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR