9 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Bizə yaz

CAREC ölkələrində turizmin inkişafına dair proqram təsdiqlənib

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) XIX Nazirlər Konfransında regionda turizmin təhlükəsiz, dayanıqlı, inkluziv inkişafını, dünya miqyasında rəqabətcilliyini dəstəkləyən yeni uzunmüddətli proqram təsdiqlənib.

“Report” Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, CAREC-in 2030-cu ilədək turizm strategiyası Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan nüməyəndələri tərəfindən təsdiq olunub.

“Regional təşəbbüslərini tədricən həyata keçirməklə CAREC-in 2030-cu ilədək turizm strategiyası regionun COVID-19 fəsadlarından qurtulmağa, uzunmüddətli perspektivdə isə dayanıqlı, təhlükəsiz, rahat turizm bölgəsi olaraq özünü doğrultmağa dəstək olacaq”, – ADB vise-prezidenti Şiksin Çen (Shixin Chen) bildirib.

Bu ildə dünya turizminin pandemiya fəsadları ilə üzləşdiyini nəzərə almaqla 2030-cu ilədək turizm strategiyası insanların səyahətə çıxarkən daha çox nisbətən yaxın, təhlükəsiz və tənha yerlərə üstünlük vermələrini rəhbər tutaraq regionun əlverişli turizm bölgəsi olaraq inkişafının uzunmüddətli proqramını təqdim edir. Turizm infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, viza qaydalarının uyğunlaşdırılması, sərhəd keçidi qaydalarının sadələşdirilməsi nəzərdə tutulur.

Həmçinin CAREC turizm portalı yaratmaqla, turizm şirkətləri üçün reklam fəaliyyəti vasitəsilə “İpək Yoluna gəlin” adlı vahid brend yaratmaq də hədəflənir. “Kənd və şəhər yerlərində turizmin inkişafına rəvac verməklə yeni strategiya regionlararası bərabərsizliyi azaltmağa, yerli icmaların imkanlarını artırmağa yardım edəcək. Nəticədə iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlar, o cümlədən gənclər və qadınlar üçün əlavə gəlir mənbələr yaradılmaqla gender bərabərliyinin təmin olunmasına da rəvac verəcək”, – ADB Mərkəzi və Qərbi Asiya baş direktoru Verner Lipax qeyd edib.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR