15 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

Xalq artisti Ramiz Novruz vəfat edib

Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tvit.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Oğlu Cavidan Novruz bildirib ki, atası, Xalq artisti Ramiz Novruz xəstəxanada vəfat edib.

O, vida və dəfn mərasimləri ilə bağlı məsələlərin hələlik dəqiqləşmədiyini deyib.

Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR