13 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Bizə yaz

Xalq artisti Ağakişi Kazımov vəfat edib

Azərbaycan teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov vəfat edib.

Tvit.az xəbər verir ki, rejissor bu gün günorta saatlarında dünyasını dəyişib.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib.

O, Akademik Milli Dram Teatrında, Musiqili Teatrda, Gənc Tamaşaçılar Teatrında tamaşalar qoyub.

A.Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR