6 C
Baku
Bazar ertəsi, Fevral 6, 2023

Bizə yaz

Türkiyədə müğənni Tarkanın konsert verəcəyi səhnə uçub

Türkiyənin İzmir şəhərində konsert üçün qurulan səhnə uçub.

Tvit.az yerli mediaya istinadən xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsi tərəfindən Cümhuriyyət meydanı yaxınlığında qurulan səhnənin yuxarı hissəsi naməlum səbəbdən çöküb.

Hadisə zamanı işçilərdən biri yaralanıb.

Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işləri aparır.

İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer sosial media hesabından qəza ilə bağlı açıqlama verib.

“Tarkanın səhnəyə çıxacağı konsert məkanında baş vermiş qəzaya görə çox üzr istəyirik. İnsan itkisinin olmaması bizi təsəlli edir. Konsertlə bağlı bir daha məlumat verəcəyik”,- deyə paylaşımda bildirilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR