15 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Rəhim Rəhimli dəfn olunub

Azərbaycanlı müğənni, bəstəkar Rəhim Rəhimli ilə evində vida mərasimi keçirilib.

Tvit.az xəbər verir ki, o, daha sonra Bülbülə qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Rəhim Rəhimlinin sənət dostları, tanınmış incəsənət və şou-biznes nümayəndələri və media əməkdaşları, həmçinin ailəsi, yaxınları iştirak edib.

Xatırladaq ki, Rəhim Rəhimli dünən gecə ürək və ağciyər çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Rəhim Rəhimli 1976-cı ilin 28 dekabrında Ağdamda anadan olub.

Sənətçinin yaradıcı fəaliyyəti müğənnilik, bəstəkarlıq, aparıcılıq və prodüserlik istiqamətlərində olub. O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” musiqi kanalının direktoru vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR