15 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Azərbaycan təmsilçisi “Avroviziya-2022″nin finalına vəsiqə qazanıb

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

Tvit.az xəbər verir ki, ikinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış edib.

Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında “Fade To Black” mahnısı ilə çıxış edib.

Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. İştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya.


Qeyd edək ki, Böyük Dördlüyə daxil olan ölkələr – Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliyə birbaşa final mərhələsində çıxış edəcək.

Azərbaycan təmsilçisi "Avroviziya-2022"nin finalına vəsiqə qazanıb - VİDEO

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR