20 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Tvit.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil çıxışda müdafiə etdiyi şəxsə vərilən ittihamların əsassız olduğunu bildirib.

Daha sonra Ata Abdullayev son söz deyib. Təqsirləndirlilən şəxs son sözündə cinayət işində zərərçəkmiş kimi tanınan 4 nəfərin heç birindən pul tələb etmədiyini bildirib. Prosesdə hökm oxunub.

Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR