5 C
Baku
Bazar ertəsi, Fevral 6, 2023

Bizə yaz

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

Əməkdar artist Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Tvit. Az xəbər verir ki, bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ilin 15 fevralında Gəncə şəhərində anadan olub.

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra isə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Aktrisa bir müddət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da fəaliyyət göstərib.

Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında işlədiyi müddətdə “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub.

Aktrisa daha çox verilişlərin birində canlandırdığı “Toppuş bacı” obrazı ilə tanınıb.

Tünzalə Əliyeva uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR