17 C
Baku
Cümə axşamı, Aprel 18, 2024

Bizə yaz

Yeni klinikada insidentlə bağlı prokurorluğa müraciət edilib

“Bir neçə gün öncə səhər saat 7:00 radələrində TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikaya müayinə üçün müraciət edən Hüseynov Elxan Hüseynbaba oğlu adlı şəxs klinikanın növbə gözləmə aparatına yaxınlaşaraq aparat vasitəsi ilə özü üçün növbə götürdükdən sonra müəssisəyə gəlməyən daha 3 nəfər üçün də növbə götürmək istəyib”.

Tvit.az xəbər verir ki, bunu Klinikanın mətbuat katibi İlham Məmmədzadə bildirib. Onun sözlərinə görə, müəssisənin tibbi qeydiyyatçı vəzifəsində işləyən əməkdaşı ona qanunvericiliyin tələblərinə əsasən müəssisədə olmayan şəxslərə növbənin verilməməsi barədə məlumat versə də, qarşı tərəf buna kəskin etiraz edib:

“Vətəndaşa təkrarən bunun qanunazidd olduğunu bildirdikdən sonra H. Elxan ətrafda olan çox sayda şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək, klinika əməkdaşının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdən “şərəfsiz”, “küçük” kimi təhqiramiz ifadələr işlədərək “səni işdən çıxartdıracam”, “başına oyun açacam” deməklə hədə-qorxu gələrək ondan müəssisədə olmayan üç nəfər üçün növbə sənədi verməsini tələb etməkdə davam edib.

Vətəndaş hamının gözü qarşısında qeydiyyatçının əlində olan növbə sənədlərini almaq üçün onun üzərinə hücum edərək ona zor tətbiq edib sağlamlığına zərər yetirmiş, qollarını yaralayıb.

Bu faktla əlaqədar olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin vasitəsilə məhkəmə-tibbi ekspertizasından keçirilib. Bundan əlavə Hüseynov Elxan Hüseynbaba oğlu qanunvericiliyin tələblərinə zidd olaraq heç bir icazə olmadan gizli surətdə müəssisənin daxilində video və foto çəkilişlər edib.

İctimai yerdə, çox saylı vətəndaşların yanında klinika əməkdaşının üzərinə hücum edərək ona zor tətbiq edib, bədən xəsarəti yetirdiyi, əxlaqa zidd sözlərlə onu təhqir etdiyi üçün Hüseynov Elxan Hüseynbaba oğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün Bakı Şəhəri Nizami rayon Prokurorluğuna müraciət edilib.

Hazırda ibtidai araşdırma aparılır”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR