14 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Xəzər rayonunda təmizlik və abadlıqla bağlı genişmiqyaslı ümumrayon iməcliyi keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 may 2022-ci il tarixində təmizlik və abadlıqla bağlı bütün qəsəbələr əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.

Tvit.az xəbər verir ki, səhər saatlarından başlanan iməcilik zamanı Xəzər rayonunda prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.

 Həmçinin, idarə, müəssisə və təşkilatların, xüsusilə təhsil və səhiyyə müəssisələrinin kollektivləri, şagirdləri də bu iməcilikdə yaxından iştirak ediblər.

İməcilik zamanı yeni yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi, ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülmüş, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınmış. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına gül kolları əkilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR