24 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirilib

Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü – dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxda ümumşəhər sanitar gününün keçirilməsi ilə əlaqədar olaraq Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.

Tvit.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhər saatlarından etibarən rayon ərazisində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.

Rayon ərazisində daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, zədələnmiş ağacların budanması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb.

Həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara müraciət edilərək özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılması istiqamətində müvafiq tədbirlər görülüb.

Ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR