15 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Xəstəxanaların elmi şöbələrində çalışanların maaşlarına əlavələr müəyyənləşib – CƏDVƏL

Tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən işçilərin əhatə dairəsi genişləndirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Tvit.az-a verilən məlumata görə, qurumun müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Yeni dəyişikliyə əsasən tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən tibb və qeyri tibb işçilərinin əhatə dairəsi genişləndirilib. Belə ki, aşağıda qeyd edilən 8 elmi-tədqiqat institutunun elmi şöbələrində çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən olunub. Yeni qərar 01 aprel 2021-ci il tarixindən qüvvəyə minir.

1) Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
2) K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
3) Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
4) Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
5) Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
6) V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
7) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
8) Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Sabit aylıq həvəsləndirici əlavələr aşağıdakı 8 vəzifə üzrə çalışan 470-dən çox işçiyə şamil olunur: “Nümunə 1: Məsələn, elmi şöbənin müdirinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 14-17-ci dərəcələr arası 423-529 manat təşkil edir. Əlavə olaraq 500 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 923-1029 manat arası təşkil edir. Nümunə 2: Baş elmi işçinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 16-17-ci dərəcələr arası 457-529 manat təşkil edir. Əlavə olaraq 400 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 857-929 manat arası təşkil edir. Qeyd edək ki, bu Qaydaya edilən sayca üçüncü dəyişiklikdir. Səhiyyə işçilərinin əməkhaqlarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, onların maddi rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR