16.7 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxs məlum olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

Agentlikdən APA-ya verilən məlumata görə, o, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədə azad edilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR