14 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

Sumqayıtda iki nəfər dəm qazından boğulub

Prokurorluq Sumqayıtda iki nəfərin dəm qazından boğularaq ölməsi faktı üzrə araşdırma aparır.

Tvit.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində iki nəfərin mənzildən meyitinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə və meyitlərə baxış keçirilib. İlkin araşdırma nəticəsində 19 yaşlı Rauf Hacıyev və 32 yaşlı Namiq Əliyevin dəm qazından boğulmaları müəyyən olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR