11 C
Baku
Bazar, Aprel 14, 2024

Bizə yaz

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vuraraq öldürüb

Sumqayıt-Bakı elektrik qatarının vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Tvit.az APA-ya istinadən  xəbər verir ki, elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Hacı Ağazadə Əmralı olduğu bildirilir.

Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR