16 C
Baku
Cümə axşamı, Mart 28, 2024

Bizə yaz

Şanlı Azərbaycan Ordusunun missiyası

Füzuli-Vətənimin dilbər guşəsi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Füzuli də digər işğal olunmuş rayonlarımızla eyni taleyi bölüşdü. Belə ki, 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. Lakin bədnam qonşularımızın Füzulini işğal etməsinin qarşısı Horadiz əməliyyatı ilə alınır.1994-cü ildə keçirilən əməliyyat zamanı rayonun bir hissəsi işğaldan azad edilir. Bu dövrdən etibarən işğalçılıq siyasəti yeridən Ermənistan bu ərazilərdə də sözün əsl mənasında daşı daş üstə qoymur. Bir zamanlar gözəlliyi ilə göz oxşayan vətən torpağı xarabalığa çevrilir. Və bu əslində heç də təccüblü deyildi. Erməni xalqı və hakimiyyəti tam əmin idi ki, vətən torpağını canından belə əziz bilən xalqımız bu torpaqları azad edəcək.
Nəhayyət, bir zamanlar bu torpaqları ayaqyalın, məcburi halda tərk edən oğullar tank üzərində ölümün gözünə dik baxaraq qayıtdılar. 2020-ci il 17 oktyabr tarixində rayon işğaldan tam azad olundu və bu xalqın Füzuli həsrəti bitdi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Canab ali baş komandanın-Füzuli azaddır! Qarabağ Azərbaycandır!- sözləri ürəyi vətən həsrəti ilə çırpınan hər bir vətəndaşın sevinc göz yaşlarına səbəb oldu. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur.
Rayon azad edildikdən sonra dəfələrlə bu ərazilərə səyahət etmiş cənab ali baş komandan Füzuli əməliyyatı haqqında xalqa müraciətində deyib:
“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədim yaşayış məskənimizi Azərbaycan özünə qaytardı. On minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttini yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Düşmən öz silahlarını yerə qoyub qaçmışdı son mərhələdə. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir”.
Zərifə Əzimova, Xəzər rayonu, 123 nömrəli məktəbin müəllimi

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR