14 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Şəhidlərin Anım Günü münasibəti ilə Xəzər rayonunda silsilə tədbirlər keçirilib

27 sentyabr – Şəhidlərin Anım Günü münasibəti ilə Xəzər rayonunda silsilə tədbirlər keçirilib.

Tvit.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Anım Gününün təsis edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Xəzər rayonunda silsilə tədbirlər keçirilib.
Belə ki, ilkin olaraq 27 Sentyabr 2021-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.
Tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları, İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları tərəfindən şəhidlərin məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

*****

Tədbirlər çərçivəsində Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Binə qəsəbəsindəki Şəhidlər xiyabanında geniş tərkibdə anım tədbiri keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları və İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

     

Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulayıb.
Tədbirdə Millət vəkili Soltan Məmmədov çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, Azərbaycan Respublikası Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşviq Əliyev və digər natiqlər çıxış edərək 44 gün davam edən Vətən Müharibəsinin məhz igid, qəhrəman oğullarımızın fədakarlığı sayəsində tarixi qələbəmizlə başa çatdığını qeyd etmişlər.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mansurov Elçinin anası Məleykə xanım Məcidova, Şəhid Cabbarov Şahgündüzün atası Habil Cabbarov çıxış edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin üzvləri tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şerlər səsləndirilib.
Sonra şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub, Şəhidlərin xatirəsinə ehtiram ifadəsi olaraq Xiyabanda ağacəkmə aksiyası keçirilib.

Tədbirlər çərçivəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər parkında şəhidlərin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

                                                                 *****
               

Açılış mərasimində çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər.

Daha sonra Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib.

                                                   *****
              

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala avtomobil yolunun sol hissəsində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, idarə-müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Aksiyada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ümumilikdə 500 ədəd müxtəlif növ ağac əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyası bitdikdən sonra RİH başçısı E.Salahov, Millət vəkili S.Məmmədov və digər tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə görüşərək onların problemləri, qayğıları ilə maraqlanıblar.

                                                   *****

Anım günü münasibətilə tədbir iştirakçıları tərəfindən rayonun Türkan və Zirə qəsəbələrində dəfn olunan şəhid məzarları ziyarət edilmiş, şəhidlərin məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR